Tanınmış aparıcı Rusiyanın dövlət mükafatlarından imtina etdi — Fotolar

Rusiyanın “Pervıy kanal”ının keçmiş aparıcısı Janna Aqalakova ölkəsinin dövlət mükafatlarından imtina edib və onları Kremlə qaytarmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbukda bildirib.

Telejurnalist mükafatlarının, həmçinin üzərində “Vladimir Putinə, Kreml, Moskva” sözləri yazılmış poçt qəbzinin fotosunu paylaşıb.

Bundan başqa, o, bağlamaya əlavə etdiyi məktubda bu sözləri yazıb: “Cənab Prezident, sizin rəhbərliyiniz ölkəni uçuruma aparır. Sizin mükafatları qəbuledilməz hesab edirəm. Janna Aqalakova”.

Qeyd edək ki, Aqalakova “Pervıy kanal”da 20 il çalışıb. Aparıcı bu ilin martında Ukraynadakı müharibəyə etiraz əlaməti olaraq telekanaldan ayrılıb.  

Sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

Həmçinin oxuyun: Президент Колумбии призвал легализовать кокаин во всем мире



Share: