Tanınmış alimin doğum günüdür…

Tanınmış şair, Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü, Əfqqnıstan Müharibəsi veteranı və “Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru, professor İbrahim Quliyevin doğum günüdür.

İbrahim Quliyev sözü və qələmi ilə Azərbaycan mətbuatında xüsusi mövqe qazanan, dəyərli elmi araşdırmaları və tərcümələri ilə şərqşünaslıq elminə böyük töhvələr verən bir şəxsdir. O, bir alim, yazar və jurnalist kimi hər zaman Azərbaycan adına çalışmış, bütün həyatı boyu layiqli vətəndaş və əsl insan kimi nümunə olmuşdur. Azərbaycan Milli Azadlıq Hərəkatı başlayarkən mübarizəyə qatılan və bu gün də vətəndaş cəmiyyəti quruculuğuna çalışan İbrahim bəy haqq bildiyi mövqeyində prinsipiallığı və qətiyyəti ilə seçilmişdir. Təpədən dırnağa kimi dövlət və xalq adamı olan, qanı və canı, qəlbi ilə Vətənə bağlı İbrahim Quliyevi doğum günü münasibətilə təbrik edir, ona gələcək həyatında uğurlar və mübarizəsində qələbə arzulayırıq.

VHP-nin siyasi şurası

 

Share: