Talibanla razılaşma: ABŞ ordusu Əfqanıstandan çıxır

ABŞ və Taliban tezliklə razılıq əldə edə bilər.

Müstəqil.az xəbər verir ki, bunu “Nyu York Tayms” qəzetinə açıqlamasında Talibanın keçmiş məmuru Səid Əkbər Ağa deyib. Onun sözlərinə görə, amerikalılar artıq ordularını Əfqanıstandan gələcəkdə bu ölkəyə Əl Qaidə və ona bənzər terror təşkilatlarının buraxılmaması və Əfqanıstanın yenidən terrorçular üçün baza olmaması vədi qarşılığında çıxarmağa söz veriblər:

“Mənim bildiyim qədər, tərəflər bu məsələlərdə razılaşıblar. Onların bunu bu günlərdə elan etməsi gözlənilir”.

Bununla bərabər Talibanın ABŞ-la danışıqlar üçün yeni rəhbər təyin etdiyini və bunun Talibanın təsisçilərindən biri olan, bir müddət əvvəl Pakistandan həbsdən buraxılan Əbdül Qəni Baradar olduğu vurğulanıb. Məlumata görə, tərəflər arasından razılaşma imkanları barədə məlumatın ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadənin Taliban nümayəndələri ilə Qətərdə apardığı danşıqların dördüncü günü əldə edilib.

Müstəqil.Az

Share: