Talassemiya Mərkəzində müalicə alanlar üçün xidmətlər pullu olmayacaq

Müstəqil.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzin direktoru Valeh Hüseynov deyib.

O qeyd edib ki, publik hüquqi şəxs statusunun alınmasında məqsəd Talassemiya Mərkəzinin maddi-texniki bazasının daha da təkmilləşdirilməsi, müasir səviyyəli laborator və digər hissələrin talassemiyalı xəstələrlə yanaşı, əhalinin qan xəstələrinə də xidmət göstərməsini təmin etməkdir.

Mərkəz direktoru bildirib ki, talassemiyalı xəstələrin dövlətin qayğısından daha da yararlanması nəzərdə tutulur:

“Bu xəstələr üçün heç bir pullu xidmət olmayacaq. İstəyimiz odur ki, belə xəstələr müalicə üçün hansısa xarici ölkəyə getməsinlər. Lakin kənardan gələn xəstələr üçün digər xidmətlərdən istifadə ödənişli olacaq. Məsələn, laborator müayinədən istifadə etmək istəyənlər üçün xidmətlər pullu olacaq. Bu, sığorta olunan insanlara da şamil ediləcək”.

Share: