Tacqoymaya xərclənən vəsait britaniyalılarda narazılıq yaratdı

Kral III Carlz tacqoyma mərasiminə xərclənən maddi vəsaitin dəyəri britaniyalıların narazılığına səbəb olub.

“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, mərasimə təxminən 250 milyon funt sterlinq dəyərində vəsait xərclənib.

Nəşr qeyd edir ki, kral ailəsi artıq yerli xalq üçün dəyərini itirib və ölkədə maddi problemlərin olduğu zamanda çox sayda vəsaitin xərclənməsi insanların etirazına səbəb olur.

Bildirilir ki, britaniyalıların 9 faizi tacqoyma mərasiminin vacib olduğunu düşünür. Yalnız 7 faiz özlərini kral tərəfdarı hesab edir və  monarxiyaya dəstək verir.

Nəşr yazır ki, dini mərasim olan tacqoyma artıq lazımsız xarakter daşıyır. Çünki Britaniya hazırda nə müqəddəs, nə də dini dövlətdir.

Vurğulanıb ki, 51 faizi əhali hökumətin kral ailəsinin xərclərini qarşılamamasının lazım olduğunu müdafiə edir.


Share: