Tacikistanla sərhəd münaqişəsində 24 Qırğızıstan vətəndaşı həlak olub – YENİLƏNİB + VİDEO

Qırğızıstan və Tacikistan sərhədində baş verən qarşıdurmalarda 24 nəfər həlak olub.

Bu barədə cümə günü Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbi toqquşmalar zamanı 87 nəfər yaralanıb. Hazırda onlardan beşi ambulator müalicəyə yerləşdirilib.

Mənbə: TASS

18:43

Qırğızıstan-Tacikistan sərhədində cümə günü başlayan silahlı qarşıdurma zamanı iki Qırğızıstan vətəndaşı həlak olub, 55 nəfər yaralanıb.

Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirliib ki, tacik hərbçiləri Qırğızıstanın Batken vilayətinin Lyaylak rayonunda iki kəndi yenidən atəşə tutublar. Qızıl Aypara Cəmiyyətinin Qırğızıstandakı nümayəndəliyinin məlumatına görə, ölkənin Tacikistanla həmsərhəd yaşayış məntəqələrinin 18 mindən çox sakini hərbi toqquşmalar zonasından təxliyə edilib.

Mənbə: TASS

13:21

Qırğızıstan-Tacikistan sərhədində gərginlik artır.

Tacikistan hərbçiləri Qırğızıstan ərazisində inzibati binanı ələ keçirdikləri ilə bağlı video paylaşıblar.

Binanın hansı yaşayış məntəqəsində yerləşdiyi barədə dəqiq məlumat yoxdur.

Ələ keçirilən tikilinin məktəb binası olduğu qeyd edilir.

11:49

Qırğızıstan-Tacikistan sərhədinin müxtəlif istiqamətlərində şiddətli döyüşlər davam edir.

Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

Sosial şəbəkələrdə isə aparılan döyüş əməliyyatlarından müxtəlif videogörüntülər yayılıb:

09:20

Qırğızıstan-Tacikistan sərhədində yenidən silahlı toqquşmalar olub.

Bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda Tacikistan tərəfinin ağır hərbi texnikadan istifadə etdiyi bildirilir.

“Tacikistan tərəfi tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları və minaatanlardan istifadə edir”, – Qırğızıstan Sərhəd Xidmətinin məlumatında qeyd olunur.

Yayılan son xəbərlərə görə, Tacikistanla sərhəddə baş verən silahlı toqquşmalar nəticəsində dörd qırğız sərhədçisi yaralanıb.

Artıq Qırğızıstanın Tacikistanla həmsərhəd kəndlərində yaşayan sakinlərinin təxliyəsinə başlanılıb.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində gərginlik sentyabrın 14-dən başlayıb.

Mənbə: TASS, NEXTA

Share: