Tacikistandakı qəzada 6 nəfər öldü

Tacikistanda ağır yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tacikistanın Fövqəladə Hallar Komitəsi məlumat yayıb.

Bildirilib ki, mikroavtobus Ayni rayonunda idarəetməni itirərək dərəyə aşıb. Nəticədə 6 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Yaralılardan ikisi uşaq, biri isə qadındır.


Share: