Tacikistan Qırğızıstanla sərhəddə vəziyyətin ağır olduğunu bəyan edib

Tacikistan-Qırğızıstan dövlət sərhədində vəziyyət ağır olaraq qalır.

Bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzinin yaydığı məlumatda deyilir.

Həmçinin bildirilib ki, Qırğızıstan sərhədçiləri razılaşmalardan yan keçərək Lyaxş bölgəsini iki dəfə atəşə tutublar.

“Qırğızıstan Silahlı Qüvvələri elan edilmiş atəşkəs rejiminin şərtlərinə və tələblərinə məhəl qoymayaraq sentyabrın 17-də “Qrad” markalı hərbi texnikanın Djonoloi rayonu istiqamətindən atəş açıb”, – Mərkəzdən bildirilir.

Bundan əvvəl iki ölkənin müvafiq idarələrinin nümayəndələri görüşüb, tərəflər atəşkəs və vəziyyətin normallaşdırılması barədə razılığa gəliblər.

Mənbə: TASS

Share: