Tacikistan-Qırğızıstan sərhədində qarşıdurma — Yaralılar var

Tacikistanla sərhəddə toqquşmalar zamanı yaralanan Qırğızıstan sakinlərinin sayı 87 nəfərə çatıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, zərərçəkənlərin daha çox bədəninin müxtəlif nahiyələrində qəlpə və güllə yaralarının olduğu bildirilib.

“Ümumilikdə silahlı toqquşmalar nəticəsində 87 zərərçəkmiş səhiyyə müəssisələrinə yerləşdirilib ki, onlardan da 5-i ambulator müalicəyə göndərilib”, – deyə qeyd olunub.

Yaralılar Tacikistanla həmsərhəd olan Batken vilayəti və Bişkekdəki xəstəxanalara yerləşdiriliblər. Ölənlərin sayına gəlincə, hələ ki dəqiq məlumat verilmir.

Bununla yanaşı Avropa İttifaqı da Qırğızıstan və Tacikistanı atəşkəsə əməl etməyə çağırıb. 

“Sərhədboyu eskalasiya regionun sabitliyinə xələl gətirir. Aİ atəşkəslə bağlı razılığı alqışlayır. Hər iki tərəfi atəşkəs rejiminin effektiv şəkildə həyata keçirilməsini mümkün qədər tez təmin etməyə və gərginliyin azaldılmasına nail olmaq üçün hər cür səy göstərməyə çağırırıq”, – deyə Aİ-nin bəyanatında vurğulanıb.


Share: