Tacik yazıçısı vəfat etdi

Tacik şairi və yazıçısı Əsəd Gulzoda Buxoroi 88 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə bomdodrus.com məlumat yayıb.

Buxoroi son illərdə yaşadığı ABŞ -da dünyasını dəyişib. Ölümün səbəbi hələ məlum deyil. Yazıçı sağlığında tez-tez Buxara və Düşənbəyə gedib yaradıcılıq gecələri keçirib, kitablarını çap etdirib.

Buxoroi 1935-ci il yanvarın 5-də Buxara vilayətinin Peşkinski rayonunun Şavqon kəndində anadan olub. 1958-ci ildə Düşənbə Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Karyerasının əvvəlində o, uşaqlar və yeniyetmələr üçün kitablar yazıb. 2003-cü ildə Tacikistan Yazıçılar Birliyinin üzvü olub. Şair Buxarada tacik dilini qorumaq uğrunda apardığı mübarizə ilə tanınıb.

Share: