Təyyarənin pəncərəsi çatladı, təcili geri qayıtdı

Rusiyada təyyarə nasazlıq səbəbindən təcili eniş edib.

Newia.ru-nun xəbərinə görə, “Pobeda” təyyarəsi Sankt-Peterburqdan Yekaterinburqa uçurmuş.

Bildirilir ki, təyyarənin havaya qalxmasından bir qədər sonra ekipaj üzvü baş verən texniki nasazlıq səbəbindən geri, “Pulkovo” aeroportuna qayıdacaqlarını bildirib.

İlkin məlumata görə, təyyarənin ön pəncərəsində çat olub.

Bundan sonra ekipaj üzvləri “Pulkovo” aeroportu ilə əlaqə saxlayıb, hadisə ilə bağlı xəbər veriblər. Təyyarə normal qaydada eniş edib və sərnişinlər terminala qayıdıblar.

Share: