Təyyarədə 100 sərnişin eyni anda xəstələndi- FOTO

ABŞ-da hava limanına məxsus təyyarə içindəki 100 sərnişinin özünü narahat hiss etdiyini söyləməsindən sonra təyyarə nəzarət altına alınıb.
Müstəqil.az xəbər verir ki, hava limanı rəsmilərinin verdiyi məlumata görə, enən təyyarə içərisində 500 sərnişin olub və onlardan 100-ü eyni anda özlərini narahat hiss etdiklərini bildiriblər.
Məlumata görə təyyarə hava limanına səhər saat 9-da enib. Səhiyyə rəsmilərinin məsələ ilə bağlı məlumatlandırıldığı və araşdırmanın dərhal başlanıldığı bildirilib.

Share: