Təyyarə çimərliyə düşdü – VİDEO

ABŞ-ın Merilend ştatında təyyarə sıradan çıxaraq okeana düşüb.

“The Sun” xəbər verir ki, kiçik həcmli təyyarə qəfildən enib və  insanların istirahət etdiyi çimərlikdən bir az aralıda suya düşüb.

Plane crashes in Ocean City Maryland right off of the beach. Pilot swam to shore.

Embedded video

Hadisədən təlaşa düşən insanlar dərhal sudan sahilə çıxıblar. Təyyarənin pilotunun 23 yaşlı Trevor Deyl olduğu məlum olub.

O, xəsarət almayıb. Təyyarənin göyərtəsində pilotdan başqa heç kim olmayıb.

Share: