Təyyarə bir anda yolun ortasına endi, hər kəs qorxuya düşdü – FOTO/VİDEO

ABŞ-da bir qadın pilotun idarə etdiyi “Cessna 172” tipli təyyarə hava limanı ətrafında təlim uçuşu edən zaman ortaya çıxan problem səbəbindən təyyarəni prospekt üzərinə endirib.
Moderator.az xəbər verir ki, sürücülər birdən göy üzündən bir təyyarənin yola doğru gəldiyini görüblər, küçədə səslər yüksəlib və  hər kəs bayıra qaçıb.
Heç kəsin xəsarət almadığı hadisə zamanı prospektdə gedən sürücülər böyük şok yaşayıblar. Bəzi sürücülər təyyarənin eniş anını mobil telefon vasitəsi ilə lentə alıblar.
Şahidlərdən biri “Birdən bayırda səslər yüksəldi, eyni anda hər kəs qışqırmağa başladı. Bayıra qaçdıq və yolun ortasına düşən təyyarəni gördük” deyib.
Qeyd edək ki, Amerika mətbuatı mühərrik qəzası meydana gəldiyi üçün təyyarənin eniş etdiyini bildirib.
 

Share: