Tərxis günü çatdı… — Video

Azərbaycan vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında ölkə Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı orduda həyata keçirilən tədbirlər davam edir.

“Qafqazinfo” xəbər verir ki, müdafiə nazirinin əmrinə əsasən hərbi hissələrdə xidmət müddəti başa çatmış ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimləri keçirilir.

Xidmət müddəti ərzində verilən tapşırıqların icrasında fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.


Share: