Tərtərdə hamilə qadın evdə öldü

Tərtər rayonunda hamilə qadın evdə ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Hüsənli kəndində qeydə alınıb.

1995-ci il təvəllüdlü Türkanə Əsədovanın evdə halı pisləşib və qəflətən ölüb.

O, 30 həftəlik hamilə olub və hadisə zamanı döl də tələf olub.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Share: