Tələbələrə bağlı seçici siyahılarına yenidən baxılmalıdır

Gələcək seçkilərdə artıq azad edilmiş ərazilərdə dairə seçki komissiyaları (DSK) da stasionar fəaliyyətə başlayacaq.

-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, tələbələrlə bağlı seçici siyahılarına bir daha baxış keçirilməlidir: “DSK-lar rayonu yaxşı tanıyır. Tələbələrlə bağlı seçici siyahılarına yenidən baxılmalıdır. Artıq bununla bağlı icra hakimiyyətlərinə tapşırıq verilib. Bir nəfər də olsun tələbə bizim diqqətimizdən kənarda qalmamalıdır. Onların harada səs verdiyi müəyyənləşdirilməlidir. Tələbə ya oxuduğu yerdə, ya da yaşadığı yerdə səs verməlidir”.

Share: