Tələbə və Gənc Həkimlərin IV Bakı Beynəlxalq Tibb Konqresi keçirilir

Azərbaycan Tibb Universitetində (ATU) Tələbə və Gənc Həkimlərin IV Bakı Beynəlxalq Tibb Konqresi keçirilir.

 

Müstəqil.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iki gün davam edəcək konqresin açılış günündə müxtəlif ölkələrdən nümayəndələr, ATU-nun müəllim heyəti və tələbələri iştirak edir.

 

Konqres iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetdəki büstünün önünə güllər qoyub, xatirəsini ehtiramla yad ediblər.

 

Tədbirin açılışında çıxış edən, ATU-nun rektoru, professor Gəray Gəraybəyli ənənəvi olaraq hər il keçirilən konqresin ilk dəfə 2014-cü ilin mayında ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edildiyini xatırladıb. Rektor ali məktəb qarşısında duran ən böyük vəzifələrdən birincisinin istedadlı və ixtisaslaşmış kadrların hazırlanması olduğunu vurğulayıb.

 

Sonra tədbir plenar sessiya ilə davam etdirilib.

 

Bir sıra xarici ölkələrin və ölkəmizin müxtəlif tibb müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbirin təşkilati dəstəkçisi Türkiyə Endoskopik Laporaskopik Cərrahlar Dərnəyi və İstanbul Universiteti Davamlı Tibbi Təhsil və Tədqiqat Mərkəzidir.

Müstəqil.Az

Share: