Tələbə qızı qaçırdı, sonra nə edəcəyini bilmədi

Rusiyanın Sankt-Peterburq şəhərində tragikomik hadisə baş verib.

26 yaşlı gənc Sankt-Peterburq Aqrar Universitetinə gələrək, özü ilə gətirdiyi tapançanı çıxarıb və 22 yaşlı tələbə qızı qolundan tutaraq auditoriyadan çıxarlb.

Oğlan küçədə saxladığı “Toyota” avtomobilinə qaçırdığı qızı oturtduqdan sonra hadisənin ən maraqlı bölümü başlayıb. Bura qədər bütün düşündüklərini etmiş gənc bundan sonra nə edəcəyinə qərar verə bilməyib. Evdə valideynləri ilə birlikdə yaşadığından və ayrıca mənzil tutmağa pulu olmadığından, gənc qızı maşında gəzdirməyə qərar verib.

Sankt-Peterburq küçələrində bu zorən gəzinti düz 18 saat davam edib. Polis cütlüyü noyabrın 13-də səhər saat 4-də saxlayıb. Mənbənin bildirdiyinə görə, tələbə qız üçün bu “gəzinti” ömrünün ən arzuolunmaz “ekskursiya”sına çevrilib. Saxlanılmış gənc şübhəli şəxs qismində polis bölməsinə çatdırılıb.

Müstəqil.Az

Share: