Tədris ilinə hazırlıq. Təhsil üçün ən yaxşı əlavələr

Texnologiyalar müasir təhsili dəyişir. Bu gün smartfonlar və planşetlər kimi qadcetlər tələbələrə yeni imkanlar təqdim edərək, təhsil üçün getdikcə daha da vacib olurlar. Onların arasında keyfiyyətli təhsil almaq üçün lazım olan güclü xüsusiyyətləri və qabaqcıl texnologiyaları birləşdirən Apple-ın iPhone 14 və iPhone 14 Plus modelləri xüsusi yer alır.

Məhz iPhone 14 və iPhone 14 Plus, təhsil üçün, məsələn, onlayn kurslar üçün idealdır. Onlar sizə rahat şəkildə elektron kitabları oxumağa və audio kitabları dinləməyə imkan verir. Həmçinin onlar müxtəlif layihələr üçün foto və videolarla işləmək üçün əladır və heyrətamiz rəngli displey prosesi daha da zövqlü edir.

 

Ayrica olaraq proqlamlar və əlavələr haqqında danışmaq istərdik. Hal-hazırda iOS platformasında siz təhsilinizdə sizə kömək edəcək çoxlu sayda proqramlar tapa bilərsiniz. Apple həmçinin Microsoft proqramlarının iOS ilə uyğunsuzluğu stereotipini məhv edir, çünki indi hər kəs iPhone-da öyrənmək üçün lazım olan bütün Microsoft proqramlarından  – istər Word, istər Excel, istər PowerPoint-dən – etibarlı şəkildə istifadə edə bilər.

İndi isə iPhone üzərində sizə təhsilinizdə faydalı ola biləcək 5 əlavə haqqına danışmaq istərdik. 

Notability: Notability tələbələrə əlyazma, mətn və hətta audio yazılardan istifadə edərək qeydlər aparmaq imkanı verən proqramdır. “Notability” həmçinin iCloud ilə inteqrasiya olunaraq sizə bütün cihazlarınızdan vacib materiallara giriş imkanı verir

Todoist: Siz işlərinizin siyahısını yarada, prioritetləri və dedlaynları təyin edə, və tapşırıqları tamamlanmış kimi qeyd edə bilərsiniz. Todoist sizə məktəb tapşırıqlarınızı və digər işlərinizi təşkil etməyə kömək edir ki, siz heç nəyi unutmayasınız və hər şeyi vaxtında yerinə yetirəsiniz.

Redict: İngilis dilində yeni sözləri oyrənmək üçün ən populyar lüğət olmasa da, əlavə abunə olmadan işləyir, geniş bazaya malikdir və düzgün tələffüzu dinləmə imkanı yaradır. Proqramda həmçinin birbaşa iPhone iş masasından sözləri öyrənmək üçün kartları olan vidjetlər var. 



  

Scanner Pro: Scanner Pro – sizin iPhone-nuzu mobil skanerə çevirə bilən əlavədir. O, sənədləri, dərslik səhifələrini və tədris prosesində faydalı ola biləcək digər materialları tez və asanlıqla skan etməyə imkan verir.

MyScript Calculator: Adi kalkulyator yalnız ibtidai və orta məktəb şagirdlərinə kömək edə bilər; artıq orta məktəbdə cəbr tapşırıqları bir neçə mərhələdə həll edilməli və hesablamalar üçün mürəkkəb düsturlardan istifadə edilməlidir. MyScript Kalkulyator proqramı əlyazma mətnlə işləyə və ya hətta kağız parçasına yazılmış nümunəni skan edə bilər. Sonra, bütün hərəkətlər tətbiqdə həyata keçirilir və istifadəçi dərhal hazır cavab alır.

 


Bundan əlavə, iPhone 14 və iPhone 14 Plus smartfonları sizə çoxlu sayda digər proqramlardan istifadə etməyə imkan verir, öyrənmə prosesini dəyişdirərək onu daha rahat, maraqlı və əlçatan edir.

Nəzərinizə çatdıraq ki, orijinal Apple smartfonlarını Azərbaycanda səlahiyyətli resellerlərdən əldə edə bilərsiniz: iSpace, Kontakt Home, Irshad, Baku Electronics, MyShops, Bytelecom.


Share: