Təcridxanaya tərlikdə narkotik keçirməyə cəhd edilib

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən verilən xəbərə görə, həbs edilmiş şəxs Ceyhun Sarvan oğlu Behbudova xalası oğlu Novruz Xanbaba oğlu Babayev tərəfindən gətirilmiş sovqatda olan tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 1,048 qram heroin və ümumi çəkisi 0,674 qram marixuana və ümumi çəkisi 0,929 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Share: