Təəccüb doğuran məlumatlar – Siz bunları bilirdinizmi?

Bu dəfə Müstəqil.Az oxucularını maraqlı, eyni zamanda qəribə məlumatlardan bir neçəsi ilə tanış edəcəyik.

İnsan yuxuda olarkən iybilmə qabiliyyətini tamamilə itirir. Yəni yuxu zamanı yanınıza dünyanın ən pis qoxulu əşyasını belə gətirib qoysalar, həmin əşyaya sarılıb yatacaqsınız.

Yataqdan düşdü və öldü… İlk baxışda qəribə görünə bilər. Lakin aparılan araşdırmalar nəticəsində məlum olub ki, iki milyondan bir də olsa insanların yataqdan düşüb ölmə ehtimalı var.

Dünyanın ən çox ziyarət olunan abidələrindən biri Eyfel qülləsi haqda da maraqlı məlumatımız var. 300 metrlik qüllənin inşasında 6400 ton ağırlığında 18 min100 ədəd dəmir parçasından istifadə olunub.

Daha bir maraqlı məlumat. Sən demə kişiləri ildırım vurma ehtimalı, qadınlarla müqayisədə 6 dəfə çoxdur. Səbəbi nədir deyə soruşmayın. Çünki, bunun səbəbini, heç mütəxəssislər də  tapa bilmir.

Zürafələrin səs telləri yoxdur, delfinlər bir gözü açıq şəkildə yatır, dəvələrin isə 3 qaşı var. Bunlar isə heyvanlar aləmindən olan maraqlı məlumatlardan yalnız bir neçəsidir.

Müstəqil.Az

Share: