![](https://www.mustaqil.az/wp-content/uploads/2022/02/qeza-716x477.jpg)
Təbriz şəhərində İran Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.
Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.
Qeyd olunur ki, təyyarə məktəb binasının üzərinə düşüb. Həlak olanlardan ikisi pilot, bir nəfəri sakin olub.
Qəzaya uğrayan təyyarə “F-5” təlim təyyarəsi olub. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.