Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə Azərbaycan diasporunun nümayəndələri, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Görüşdə çıxış edən səfir Dr. Rəşad Məmmədov Azərbaycan ilə Özbəkistan arasında ortaq tarixi köklərə, əbədi dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələrin hazırda bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirib. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlərin xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmlənməsinə geniş imkanlar yaratdığını vurğulayıb.

Diplomat Özbəkistanda yaşayan azərbaycanlıların iki qardaş xalq arasında dostluq münasibətlərinin inkişafında, Azərbaycan mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin təbliğində mühüm rol oynadıqlarını qeyd edib. O, diaspor nümayəndələrinin fəaliyyətinin daha da gücləndirilməsinin, eləcə də onların Azərbaycanla əlaqələrinin davamlı şəkildə inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüş zamanı diaspor nümayəndələri bu cür görüşlərin soydaşlarımız arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı fikir mübadiləsinin aparılması və birgə fəaliyyət imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.

image-50d6f761-89f7-4fc6-9ac4-66bf8a09a951

Share: