Suyun Yolu” kassada “Titanik”i ötdü

Məşhur rejissor Ceyms Kemeronun “Avatar: Suyun yolu” filmi beynəlxalq kassada “Titanik”i üstələyərək tarixin ən çox gəlir gətirən üçüncü filmi olub.

Kulis.az xəbər verir ki, “Avatar: Suyun yolu” filmi xarici bazarlarda 1,538 milyard dollar toplayıb.

Bununla belə, ekran əsərinin birinci hissəsi 2,1 milyard dollarla xaricdə ən çox gəlir əldə edən film olaraq qalıb.

Qeyd edək ki, hazırda beynəlxalq kassada Çin (240,6 milyon dollar), Fransa (141,5 milyon dollar), Almaniya (130,7 milyon dollar) və Cənubi Koreya (105,5 milyon dollar) liderlik edir.

Share: