Sürücülərin narkotik istifadə edib-etmədiyi yerindəcə yoxlanılacaq

Bu ilin aprel ayının birindən etibarən Gürcüstanda sürücülərin narkotik vasitələr istifadə edib-etmədiyi yerindəcə yoxlanılacaq.

Müstəqil.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Sürücülərin nəqliyyat vasitələrini narkotik vasitələrin təsiri altında idarə edib-etmədikləri xüsusi testlə müəyyən olunacaq. Artıq Gürcüstana Almaniya istehsalı olan 10 min narkotest gətirilib.

 

Narkotik vasitələr istifadə edən sürücülərə qarşı cərimə və ya 1 ilədək həbs cəzası tətbiq olunacaq.

 

Qeyd edək ki, hazırda Gürcüstanda sürücülərin narkotiklərdən istifadə edib-etmədiyi laboratoriyada müəyyən olunur. Narkotik vasitələrin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülər sürücülük vəsiqəsindən məhrum olunurlar.

Share: