Şurnuxda ermənilər 1 evi saxlamaq istədilər, alınmadı

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndinin 12 evin yerləşdiyi ərazisi Azərbaycana təhvil verilib.

Müstəqil.Az xəbər verir ki, bunu Gorus icmasının rəhbərinin müavini Menua Ovsepyan “Sputnik Ermənistan”a açıqlamasında deyib.

Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində ötən gün 11 evin veriləcəyi, bir evin isə saxlanılacağı açıqlansa da, sonda o evin də sahibi köçmək qərarı verib. Ev sahibi deyib ki, evi Azərbaycan Ordusunun postunun düz yanındadır və orada yaşaya bilməz. Beləliklə, ermənilər dünənki inadlarından geri çəkiliblər.

Kənd nümayəndəsi Akop Arşakyan agentliyə bildirib ki, kəndlilər son əşyalarını toplayıb gedirlər və kəndin Azərbaycana aid hissəsinin girişində nəzarət nöqtəsi qurulub.

“Bu gün kəndlilərlə bir görüş keçirdik, orada erməni sərhədçiləri, bir neçə rus sülhməramlısı da var idi. Kəndlilərə açıq şəkildə qaytarılan əraziyə keçməməyi, hətta heyvanlarının da orada gəzməməsini təmin etməyi tapşırdılar”, — Arşakyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Sünik vilayətinin Şurnux kəndində 12 binanın Azərbaycanın ərazisinə düşdüyü təsdiqlənmişdi. Yanvarın 2-də Azərbaycan Ordusu ərazidə post quraraq, ermənilərə həmin evləri boşaltmaları üçün yanvarın 5-nə kimi vaxt vermişdi.

Müstəqil.Az 

işletim sistemi lisansı satın al

Share: