Suriyada müharibə başa çatdı

Münaqişə tərəfləri barışır. 

Suriyada münaqişənin hərbi fazası başa çatıb. AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimov Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında bəyan edib.

“İki il ərzində Rusiyanın dəstəyi ilə Suriya dövlətinin dağılmasının qarşısı alındı və ölkə ərazisinin böyük hissəsi hökumət qoşunlarının nəzarətinə qaytarıldı “, – deyə ordu generalı bildirib.

Onun sözlərinə görə, 1400 – dən çox yaşayış məntəqəsi, o cümlədən Hələb, Palmira, Deyr-əz-zor, Əbu-Kamal, Dəra, 8 neft və qaz sahəsi azad edilib. On minlərlə silahlı, 650-dən çox tank, 3500 silah və mina atan məhv edilib. 42 mindən çox silahlı təslim olub.

“Artıq siyasi həll mexanizmi işə salınıb və münaqişə tərəflərinin barışdırılması prosesi başladılıb”, Gerasimov deyib.

Müstəqil.Az
Share: