Suriya ordusu 19 nəfəri girovluqdan azad edib

Suriya ordusu Hama vilayətinin Saan şəhərində İŞİD terror qruplaşmasına qarşı uğurlu əməliyyat keçirib.

 

Bu barədə “SANA” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hərbçilər 19 nəfəri girovluqdan azad edib. Onlardan 5-i uşaq, 8-i qadındır. Hökumət qüvvələri və üsyançılar eyni zamanda ölkənin şimal-şərqindəki Hirbet-Cüveyyad, Tamm-əl-Hava və Əbu-Leffi kəndlərində də “Cəbhət ən-Nüsrə” qruplaşmasının bazasına da zərbələr endiriblər. Nəticədə 30-dan çox silahlı məhv edilib. Onların arasında üç səhra komandiri – Anis Əbu Malik, Abdulla Taftanaz və Nur əş-Şami də var.

Share: