“Super Mario” cizgi filmi rekord qırdı

Su boruları təmirçiləri Mario və Luici haqqındakı “Super Mario Bros. Movie” cizgi filmi dünya üzrə 1 milyard dollar gəlir əldə edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki,

Video oyun seriyasına əsaslanan animasiya cəmi bir ay ərzində buna nail olub. Fİlmin gəlirləri bu həftənin əvvəlində 900 milyon dollar həddini aşıb və cümə günü 970 milyon dollara çatıb. Bazar ertəsinə onun qədər Şimali Amerikada 487,5 milyon dollar, beynəlxalq miqyasda isə 533 milyon dollar qazanacağı gözlənilir.

Qeyd edək ki, “Super Mario Bros. Movie” hazırda 2023-cü ilin ən çox gəlir gətirən filmidir. O, həmçinin 2019-cu ildən bəri ən çox gəlir gətirən cizgi filmidir.

Share: