“Sunset” istirahət mərkəzində partlayış — Yaralılar var+Yenilənib

Sumqayıtda yerləşən “Sunset” istirahət mərkəzində partlayış baş verib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Müəyyən olunub ki, istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***

Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, “Sunset” istirahət mərkəzinin qazanxanasında baş vermiş partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


Share: