Sunak İsrail və Fələstin liderləri ilə Qəzzadakı münaqişəni müzakirə etdi

Böyük Britaniyanın Baş naziri Rişi Sunak israilli həmkarı Benyamin Netanyahu və Fələstin rəhbəri Mahmud Abbasla telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.

Sunak İsrail Baş naziri ilə danışdığı zamanı Qəzzaya humanitar yardım axınının sürətlə artırılmasının vacibliyini bildirib. Böyük Britaniyanın Baş naziri həmçinin, qeyd edib ki, Birləşmiş Krallıq bütün diqqətini girovların təhlükəsiz geri qayıtmasının təmin edilməsinə yönəldir.

Abbasla söhbətində Sunak krallığın Fələstin xalqını qorumaq üçün diplomatik səyləri dəstəkləyəcəyini, həmçinin gərginliyin daha da artmasının qarşısını alacağını, münaqişənin dinc və qalıcı həllini təmin edəcəyini vurğulayıb.


Share: