Sumqayıtdakı“Karvan” ticarət mərkəzi yenə YANDI

Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumatda bu haqda qeyd edilib.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunub, 60 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın saat 09:39-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müstəqil.Az

Share: