SUMQAYITDAKI gecə klubu külə döndü…-VİDEO

Bakı-Sumqayıt yolunda gecə klublarından biri yanır.

Müstəqil.az xəbər verir ki, şahidlər az öncə başlayan və sürətlə yayılıb bütün kafeni əhatə edən yanğının söndürülməsi üçün FHN-nin bir neçə yanğınsöndürmə briqadası olay yerində çalışdığını bildiriblər.

Olayla bağlı Fövqəladə Hallar Nazirliyi də açıqlama yayıb. Bildirilir ki, Sumqayıt şəhərində kafe kimi fəaliyyət göstərən ikimərtəbəli binada yanğın baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri əraziyə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində ölən və xəsarət alan yoxdur.

***

Yanğınla bağlı FHN növbəti açıqlama yayıb.

Məlumatda bildirilir ki, Abşeron rayonu ərazisində ümumi sahəsi 2725 m2 olan ikimərtəbə və mansardadan ibarət kafenin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 450 m2 sahədə, 2-ci mərtəbəsi və mansardı 1075 m2 sahədə yanıb. Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

 

Share: