Sumqayıtda və Şamaxıda intihar olub

Sumqayıtda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Neftçala Həsənabad qəsəbəsindən olan 44 yaşlı Eldar Nuriyev Yaşıldərə adlanan ərazidəki evində özünü asıb.

Oxşar hadisə Şamaxının Xınıslı kəndində də baş verib. 48 yaşlı Mahir İsgəndərov sahibsiz tikilidə özünü asaraq həyatına son qoyub.

Hər iki faktla bağlı araşdırma aparılır.


Share: