Sumqayıtda Qadın özünü xəstəxananın 5-ci mərtəbəsindən atdı …

Sumqayıt 2 saylı Şəhər Xəstəxanasında intihar hadisəsi baş verib. Corat qəsəbə sakini, 1952-ci il təvəllüdlü Məhrubə Əsgərova özünü xəstəxananın 5-ci mərtəbəsidən atıb.
Müstəqil.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov AzVision.az-a açıqlamasında bildirib ki, M. Əsgərova şəkər xəstəliyindən əziyyət çəkirmiş.
“Bir dəfə ürəyindən əməliyyat olunub. Şəkər onun ayağında qanqrena yaradıb. Ailə üzvüləri ayağından əməliyyat olunması üçün həmin şəxsi xəstəxanaya aparıblar. Həkimlər qadını əməlliyata hazırlayıblar, ancaq əmliyyatdan bir gün əvvəl görüblər ki, qadının bədəninə həddindən artıq insulin vurulub. Ona görə də əməliyyatı təxirə salıb, bir gün sonraya keçiriblər”, – P.Abubəkirov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, həkimlər xəstəyə səhəri gün əməliyyat olunacağını biliriblər. Qadın isə gecə saatlarında tualetə getmək bəhanəsilə oyanıb və pəncərədən özünü aşağı atıb.
“Həkimlər onun hansı səbəbdən intihar etdiyini bilmirər. Araşdırma ilə prokurorluq orqanları məşğul olur. Bilinmir ki, ailəsində problem olub, yoxsa xəstəlikdən bezib?! Səbəb tibb işçilərinə bəlli deyil”.
Qeyd edək ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
* * *
Sumqayıt şəhərində xəstəxanada müalicə olunan qadın intihar edib.
Müstəqil.az Report-a istinadən xəbər verir ki, hadisə 2 saylı Şəhər Xəstəxanasında baş verib.
Şəhərin Corat qəsəbə sakini, 1952-ci il təvəllüdlü Məhrubə Əsgərova müalıcə aldığı xəstəxananın 5-ci mərtəbəsidə yerləşən palatadan özünü ataraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Share: