Sumqayıtda evdə yıxılaraq xəsarət alan kişi xəstəxanada ölüb

Sumqayıtda 58 yaşlı kişi içkinin təsirindən yaşadığı ünvanda yıxılaraq ölüb.

xəbər verir ki, hadisə Coratda fərdi evlərdən birində qeydə alınıb.

1966-cı il təvəllüdlü Dilavər Ənvər oğlu Şahbazov tək yaşadığı ünvanda içkinin təsirindən yıxılıb.

D. Şahbazov xəstəxsnaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Share: