Sumqayıtda dörd gün əvvəl iş yoldaşı ilə mübahisə edən kişi ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda dörd gün əvvəl iş yoldaşı ilə münaqişə zamanı başından zərbə alan 36 yaşlı kişi bu gün ölüb.

APA xəbər verir ki, hadisə Çerkassi küçəsində yerləşən mebel sexlərindən birində baş verib.

1987-ci il təvəllüdlü Amid Həmid oğlu Gözəlov iş yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı A. Həmidov başından ağır zədə alıb. Zədə alan şəxs xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Fakt araşdırılır.

Share: