Sumqayıtda avtomobil 90 yaşlı qadını vuraraq öldürüb

Sumqayıtda avtomobil 90 yaşlı qadını vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə şəhərin 14-cü məhəllə ərazisində qeydə alınıb.

Bəhram Xudayar oğlu Məmmədov idarə etdiyi özünə məxsus “Docia Logan” markalı 50-EN-815 dövlət nömrə nişanlı avtomobillə arxaya hərəkət edərkən şəhər sakini, 1933-cü il təvəllüdlü Pərnisə Əmirqulu qızını Qasımovanı vurub. Nəticədə Pərnisə Qasımova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırm aparılır.

Share: