Sumqayıtda avtomobil 17 yaşlı piyadanı vuraraq öldürüb

Sumqayıtın Çerkası küçəsində avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un yerli bürosunun məlumatına görə, 12-ci mikrorayon sakini, 2006-cı il təvəllüdlü Ceyhun Cavadovu VAZ-2107 markalı avtomobil vurub. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisəni törədən sürücü qəza yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

Share: