Sumqayıtda 53 yaşlı kişi küçədə ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda 53 yaşlı kişi küçədə yıxılaraq ölüb.

“Report”un məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

1970-ci il təvəllüdlü İlahəddin Atakişiyev küçədə gedərkən qəflətən yıxılıb və dünyasını dəyişib.

Əraziyə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının briqadası və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Share: