Sumqayıtda 42 nəfərin yaralandığı ağır avtobus qəzası… VİDEO

Dünən axşam saatlarında Sumqayıt şəhərində marşrut avtobusu ağır qəzaya düşüb.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, Sülh prospektindəki qəzanı əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Müşahidə kamerası tərəfindən qeydə alınmış həmin qəzanın görüntülərini təqdim edirik.

Qeyd edək ki, “Toyota Prado” markalı avtomobilin avtobusun yoluna çıxması nəticəsində “Akia” markalı iritutumlu avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini binaya çırpıb. Hadisə nəticəsində 42 nəfər xəsarət alıb.

Müstəqil.Az

Share: