Sumqayıt məktəbliləri  “20 Yanvar” şəhidlərini yad etdilər

Sumqayıt şəhər 1 saylı məktəbinin 2-ci sinif şagirdləri  “20 Yanvar” şəhidlərini yad ediblər

Sumqayıt şəhər İ. Qayıbov adına 1 saylı məktəbin 2e sinif şagirdləri tariximizin unudulmaz hadisələrindən biri olan “20 Yanvar” ümumxalq hüzn gününə həsr olunmuş tədbir keçiriblər. Sinif rəhbəri Gülgəz müəllimənin təşkilatçılığı ilə şagirdlərə tarixin həmin günü daha dərindən öyrədilib və günün önəmini əks etdirən şeirlər əzbərlədilib. Sinifdə “20 Yanvar” hadisələrini əks etdirən şəkillərdən ibarət sərgi hazırlanıb, sərgidə sinif şagirdlərindən “Nauka” tədris mərkəzində rəsm dərnəyinin üzvü olan Elgün Abbaszadənin də çəkdiyi rəsm yer alıb. Şəhidlərimizin ruhuna ehtiramla şamlar yandırılıb və şagirdlərin hər biri gətirdiyi qərənfilləri guşəyə qoyaraq şəhidləri anıblar. Daha sonra hər kəs bir dəqiqəlik sükutla bütün şəhidlərin xatirəsi yad edib. Tədbirdə ilk olaraq Gülgəz müəllimə çıxış edərək günün önəmindən və yaddaşlarımızdan silinməyəcək bir tarix olmasından bəhs edib. Sonra şagirdlər sıra ilə şeirlər səsləndiriblər. Tədbirdə səslənən bir çox şeirin müəllifi olan şairə Esmira Günəş də tədbirin qonağı olub. Tədbirin sonunda xatirə şəkilləri çəkilib. Tariximizi yaşadan şərəfli müəllimlərimizə eşq olsun.

Müstəqil.az 

Share: