Sumqayıt Dövlət Dram Teatrında repressiyaya uğramış böyük şairlərin faciəli talelərini anlatan tamaşa göstərildi

31 mart Azərbaycanlıların Soyqırımı günündə Sumqayıt Dövlət Dram Teatrında repressiyaya uğramış böyük şairlər- Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq və onların ailələrinin faciəli talelərini anladan “Zülmətdə nur” tamaşası göstərildi. Mərhum Nizami Muradoğlunun qələmə aldığı mənzum drama teatrın baş rejissoru, Xalq artisti, Prezident mükafatçısı Firudin Məhərrəmov quruluş verib. Bədii tərtibat Mustafa Mustafayevə məxsusdur.
Tamaşanın heyətinə ilk dəfə istedadlı məktəbli Dəniz Məhərrəmova da qatılıb. Qeyd edək ki, o Turan Cavidin uşaqlıq illərini canlandırır.

Müstəqil.az

Share: