Sumqayıt Dövlət Dram Teatrı və Dövlət Sərhəd Xidməti Akademiyasının birgə layihəsi

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Dövlət Sərhəd Xidməti Akademiyası, Sumqayıt Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə layihəsi sözügedən Akademiyada təqdim olunub.
Əvvəlcə şəxsi heyət və qonaqlar xalqımızın milli mücadilə yolunu əks etdirən rəsm əsərlərinə baxış keçiriblər.
Tədbirdə Akademiya rəhbərinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Tural Kərimli, yazıçı Hafiz Ataxanlı və Xalq artisti Firudin Məhərrəmov istiqlal tariximizin önəmli dövrləri barədə fikirlərini səsləndiriblər.
Sonra Hafiz Ataxanlının qələmə aldığı, Xalq artisti, Prezident mükafatçısı Firudin Məhərrəmovun quruluş verdiyi “Missiya” tamaşasının nümayişi baş tutub.
Tamaşadan sonra DSX Akademiyasının rəisi, general – mayor Azər İbrahimov çıxış edərək yaradıcı heyətə minnətdarlıq bildirib və layihə iştirakçılarının bir qrupuna Fəxri Fərmanları təqdim edib.

Share: