Sumıda Putinin onlarla əsgəri əsir düşdü

Rusiya Silahlı Qüvvələrinin onlarla hərbçisi Sumıda əsir götürülüb. Yayımlanan videoda əsirlər əllərini yuxarı qaldıraraq binanın divarı boyunca dayanırlar.

Videoda saxlanılan Rusiya hərbçilərindən birinin dindirilməsi əks olunub. O, snayper olduğunu və həmkarlarından birini xilas etmək üçün Sumıya göndərildiyini iddia edir.

VİDEO

Qeyd edək ki, Ukraynada əsir düşən Rusiya hərbçilərinin sayı o qədər çoxdur ki, Ukrayna hakimiyyəti onların saxlanılması üçün xüsusi düşərgələr yaratmalı olub. (dialoq.ua)

 

 

Müstəqil.Az

Share: