Sükanı arvadına etibar etdi, qəzaya düşdülər

Rusiyadan gələn ər-arvad qəzaya düşüb.  Bakı-Quba yolunun 61-ci kilometrliyində Rusiyadan Bakıya qonaq gələn ailə KİA markalı avtomobillə hərəkətdə olan yük avtomobilinə arxadan çırpılıb.
Belə ki, İmran Qafarov və xanımı sıra ilə maşını idarə edib. Növbə həyat yoldaşına çatanda cütlük qəzaya düşüb.Nəticədə  İ. Qafarov ağır xəsarət alıb. Yaralı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı BDYPİ-ndə araşdırma aparılır.(Qafqazinfo)

Share: