Südü və sidiyi qırmızı rəngə boyanan qadın təşvişə düşdü…

16 aylıq oğlunun daha çox südə ehtiyacı olduğunu düşünən Avstraliyalı qadın südü artırdığı üçün çoxlu çuğundur yeyib. Həm südü, həm də sidiyi çəhrayı olmağa başlayan qadın südündən və sidiyindən qan axdığını düşünərək vahiməyə düşüb.
Müstəqil.Az Moderator.az -a istinadən xəbər verir ki, həm südündən, həm də sidiyindən qan axdığını düşünən qadın bu vəziyyəti sosial mediada bölüşüb.
Sosial mediada qadına yardımçı olan istifadəçilərdən biri ən son nə yediyini soruşub. Gün boyu çuğundur yediyini deyən ananın südünün, sidiyinin, hətta körpənin sidiyinin belə qırmızı axmağa başladığını deyib.
 
 İlk əvvəl çuğundur salatını yeyən, daha sonra suyunu sıxıb içən qadına “Facebook” istifadəçiləri rəng dəyişikliyinin çuğundurla əlaqədar olduğunu bildiriblər. Sağdığı südün dadına baxan ana südün çox şirin olduğunu ancaq ilk dadını bilmədiyi üçün müqayisə etməkdə çətinlik çəkdiyini deyib.
Qadın südünün və sidiyinin ertəsi gün normal rəngə döndüyünü, ona yardımçı olanlara minnətdar olduğunu ifadə edib.

Share: