Su təmizləyici qurğular sisteminin ixtiraçısı İsmayıl Babayev Talışinski…

ƏHALİYƏ İÇMƏLİ ŞAF SU- bu idi onun ən böyük arzusu , ən ümdə amalı .

Xan Sayadın evində dünyaya göz açmış İsmayıl Babayev(Talışinski) orta məktəbdə əla oxuduğuna görə 2 sinif yuxarı sinfə keçirilmiş, keçmiş Politexnik, indiki Texniki Universitetdə oxuyarkən 3- cü kursdan sonra müəllimlər onu dərslərdən azad etmişdilər ,məhz yüksək mütaliəsinə və yuxarı kursların proqramını vaxtından əvvəl mənimsədiyinə görə.

Sonradan Moskvada Pamfilov Akademiyasının aspiranturasındakı təhsili onu böyük uğurlara apardı. Elə bütün bunların nəticəsi idi ki , dünyada ilk dəfə çox bulanıqlı suların kimyəvi reogentlərsiz (Azərbaycanımızın mineralı olan seolitin köməyi ilə ) təmizlənməsinə nail oldu.

1981 – ci ildə İ.S. Babayevin ixtirası olan sutəmizləyici qurğular sistemi SSRİ dövləti tərəfindən ABŞ – a patentləşdirildi və İsmayıl Babayev SSRİ Nazirlər Soveti mükafatına layiq görüldü .1995- ci ildə maşın qəzasında dünyasını dəyişdi. Dünyanın qabaqcıl ölkələri bu qurğudan istifadə etdikləri halda , bəzi dövlət məmurları çox baha qiymətə xaricdən sutəmizləyici qurğular alır və çi fayda , nəticə göz qabağında, əhaliyə standartlara cavab verməyən bulanıq su satılır, özü də od qiymətinə . Beləliklə, dünyanın ən böyük qayğısı olan saf suya möhtac oluruq.Azərbaycan adına şərəf gətirən bir alimin adı heç olmasa , ad günündə belə anılmır.

Ölkə başçısı İlham Əliyevə ünvanlanıram: Nədən Azərbaycanı öz ixtirası ilə dünyada tanıdan bir alimin adı əbədiləşmir?

Əlövsət Talışxanlı

Share: