Stoltenberq Türkiyəyə səfər edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq yaxın zamanlarda Türkiyəyə səfər edəcək.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Stoltenberq Norveçin paytaxtı Osloda keçirilən xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, səfərin tarixi ilə bağlı hələ ki qərar verilməyib.

Baş katib Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Tərəflər danışıqlar zamanı İsveçin NATO-ya üzvlük məsələsini müzakirə edəcəklər.


Share: